İran Müəllimlər Birliyinin sözçüsü həbs edildi
Aprelin 5-də İran Müəllimlər Birliyinin sözçüsü, ictimai fəal və müəllim Məhəmməd Həbibi həbs edilib.
BUTA.TV xəbər verir ki, bu barədə onun həyat yoldaşı Xədicə Pakzəmir məlumat yayıb.
Onun sözlərinə görə, təhlükəsizlik qüvvələri məktəbə hücum edərək Məhəmməd Həbibini qandallayıb və Tehranın Evin həbsxanasına aparıblar.