Rus qoşunları Ukraynanın Xerson bölgəsini idarə olunan bombalarla vurub.

BUTA.TV xəbər verir ki, bu barədə Xerson vilayətinin hərbi administrasiyasının rəhbəri Aleksandr Prokudin məlumat verib .

"Ruslar idarə olunan bombalarla bölgəyə hücum edir. Axşam saatlarında düşmən aviasiyasının Berislava üç, Novoberislava iki, Kazatskiyə bir hücumu qeydə alınıb", - Prokudin vurğulayıb.

Prokudinin sözlərinə görə, hazırda düşmənin hücumu nəticəsində 7 nəfər yaralanıb.