Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan İrana səfərə gedir.

BUTA.TV xəbər verir ki, bu barədə Ermənistan Təhlükəsizlik Şurasının mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, aprelin 9-da baş tutacaq səfər çərçivəsində Qriqoryan Tehranda İranın Ali Təhlükəsizlik Şurasının katibi Əli Şamxani ilə danışıqlar aparacaq.