Çin Tayvan yaxınlığında "döyüş oyunu"na başlayır
Çin ordusu aprelin 10-da Tayvan adasının təxminən 130 kilometrliyində hərbi təlim keçirəcək.
BUTA.TV xəbər verir ki, bu barədə ölkənin Futszyan əyalətinin dəniz administrasiyasının məlumatında bildirilib.
Hərbi təlimlər yerli vaxtla saat 07:00-dan 20:00-dək Tayvan boğazında, Pintan mahalı yaxınlığında keçiriləcək.