Bu gün Qırmızı Xaç Komitəsi Xankəndidən İrəvana daha 14 xəstə aparıb.

BUTA.TV xəbər verir ki, bu barədə qurumun yaydığı məlumatda bildirilib.

Qeyd edilib ki, “sağalan” 7 xəstə isə İrəvandan Xankəndiyə qaytarılıb.

Xankəndidən aparılanların hansı xəstəlikdən əziyyət çəkdiyi barədə heç bir məlumat yoxdur.

Xatırladaq ki, 12 dekabr 2022-ci ildən – Laçın yolunda ekofəalların aksiyası başlayandan indiyədək BQXK İrəvana 290 xəstə aparıb.