Ukraynaya məxsus T-64 tankları Polşanın Qlivitse şəhərindəki Bumar-Labendi silah zavodunda təmir olunacaq.

BUTA.TV xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Məlumata görə, tankların təmiri üçün imzalanmış müqavilə Polşanın Ukrayna tərəfinə verdiyi T-72 və RT-91 "Tvardy” tanklarının texniki xidmətinə də şamil edilə bilər.