Rusiya təyyarələri zərbələr endirdi: yaralılar var
Bu gün Rusiya təyyarələri Zaporojye vilayətinin Orexov və Qulyaipol şəhərlərinə zərbələr endirib.
BUTA.TV xəbər verir ki, bu barədə Ukraynanın Baş Prokurorluğu məlumat verib.
Qeyd olunur ki, saat 10:30 radələrində ruslar Orexov və Qulyaipola aviabombalarla hücum ediblər, nəticədə iki nəfər yaralanıb. Bundan əlavə, yardımçı tikililərə və fərdi evlərə də ziyan dəyib.