Sabirabadda içməli suyun verilişi müvəqqəti dayandırılıb.

BUTA.TV xəbər verir ki, bu barədə Report-a rayon sakinləri məlumat verib.

Onların sözlərinə görə, səhər saatlarından etibarən rayon ərazisində qəza ilə əlaqədar su kəsilib.

İçməli suyun nə vaxt veriləcəyi dəqiq məlum deyil.