Türkiyə ilk PUA daşıyan gəmisini orduya təhvil verir
Türkiyənin ilk PUA daşıyan "TCG Anadolu" sabah Silahlı Qüvvələrə təhvil veriləcək.
BUTA.TV xəbər verir ki, bu haqda Türkiyə mətbuatı məlumat yayıb.
Məlumata görə, təhvil prosesində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da iştirak edəcək.
Qeyd edək ki, "TCG Anadolu" gəmisinin inşasına 015-ci ildə başlanılmışdı
Gəminin göyərtəsində 10 helikopter və ya 11 PUA, anqarında isə 19 PUA, yaxud 30 helikopter daşına biləcək.