Bu gün vəfat edən Azərbaycanın Xalq artisti, Teatr Xadimləri İttifaqının İdarə Heyətinin sədri, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının bədii rəhbəri-baş rejissoru və direktoru Azərpaşa Nemətov II Fəxri Xiyabanda dəfn olunacaq.

Mədəniyyət Nazirliyindən BUTA.TV-a verilən məlumata görə, Azər Paşa Nemətovun vida mərasimi aprelin 10-da saat 12-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında keçiriləcək.

Azərpaşa Nemətov II Fəxri xiyabanda dəfn ediləcək.