Türkiyənin müdafiə sənayesi büdcəsi 75 milyard dollara qaldırılacaq.

BUTA.TV xəbər verir ki, bu sözləri Rəcəb Tayyib Ərdoğan Türkiyənin ilk PUA daşıyan gəmisi “TCG -Anadolu”nun dənizə buraxılması mərasimində deyib.

Qeyd edək ki, Türkiyənin ilk PUA daşıyan gəmisi "TCG Anadolu"nun inşasına 2015-ci ildə başlanılıb. Gəminin göyərtəsində 10 helikopter və ya 11 PUA, anqarında isə 19 PUA, yaxud 30 helikopter daşına biləcək.