Rusiyanın paytaxtı Moskvanın Vnukovo hava limanında bağlamaların birində insan kəlləsi tapılıb.

BUTA.TV xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Məlumata görə, kəllə sümüyü olan bağlama ABŞ-a çatdırılmalı imiş. Göndərən Moskva sakini, alan şəxs isə Çikaqo sakinidir.

Ekspertiza göstərib ki, kəllə sümüyü təxminən 10 il əvvəl vəfat etmiş kişiyə məxsusdur. Hazırda mərhumun şəxsiyyəti müəyyənləşdirilir, araşdırma aparılır.