Estoniya Baş naziri Kaya Kallas yeni hökumətə rəhbərlik etmək üçün istefa verdiyini açıqlayıb.

BUTA.TV xəbər verir ki, bu barədə aprelin 10-da Estoniya parlamentinin mətbuat xidməti məlumat yayıb.

“Kaya Kallas yeni parlamentin ilk iclasında çıxış edərək istefa verdiyini açıqlayıb. Onun rəhbərlik etdiyi hökumət də istefaya gedir”, - məlumatda deyilib.

Qeyd edək ki, martın 5-də Estoniyada keçirilən parlament seçkilərində Baş nazir Kaya Kallasın İslahatçılar Partiyası 31 faiz səslə qələbə qazanıb.