BMT Ukraynada ölən dinc sakinlərin sayını açıqladı
Rusiya ilə davam edən müharibə nəticəsində indiyədək Ukraynada 8 490 mülki şəxs həlak olub.
BUTA.TV xəbər verir ki, bu barədə BMT-nin İnsan Haqları üzrə Ali Komissarlığı məlumat yayıb.
Məlumata görə, müharibə nəticəsində 14 244 nəfər dinc şəxs yaralanıb.