Rusiya hərbçiləri Donetsk vilayətinin Liman yaxınlığındakı Ukrayna mövqelərinə hücum etməyə cəhd ediblər.

BUTA.TV xəbər verir ki, bu barədə Ukraynanın Taras Tryasila adına 43-cü artilleriya briqadası məlumat verib.

Qeyd olunub ki, hücuma cəhdinin qarşısı alınıb və Rusiyanın iki tankı məhv edilib.