Kanada sahillərində 6,2 bal gücündə zəlzələ baş verib.

BUTA.TV xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.

Zəlzələnin episentri Port-Maknil yaşayış məntəqəsindən 211 km cənub-qərbdə qeydə alınıb.

Zəlzələ ocağı isə 11 km dərinlikdə əmələ gəlib.

Dağıntı və tələfat barədə məlumat yoxdur, həmçinin sunami təhlükəsi elan edilməyib.