Məşhur kinoşünası, kino təqidçisi Yuri Boqomolov 86 yaşında vəfat edib.

Kult.az xəbər verir ki, bu barədə onun oğlu, rejissor Konstantin Boqomolov məlumat verib.

“Bu səhərdən etibarən Yuri Aleksandroviç artıq yoxdur”, - oğlu bildirib.

Qeyd edək ki, Yuri Boqomolov rusiyalı məşhur aparıcı Kseniya Sobçakın qayınatasıdır.