Dneprdə suyun səviyyəsinin artması ilə əlaqədar bəzi Kiyev sakinlərini təxliyə etməyə hazırlaşırıq.

BUTA.TV xəbər verir ki, bu barədə Kiyev meri Vitali Kliçko məlumat verib.

O qeyd edib ki, bu ilin yaz aylarında daşqın bir il əvvəlkindən qat-qat güclü olub.

“Yaşayış binaları və sənaye obyektləri üçün heç bir təhlükə yoxdur. Su hövzələrinin yaxınlığında yerləşən fərdi yaşayış evlərinin sakinləri müvəqqəti olaraq evlərini tərk etməlidir”.