Azərbaycan Premyer Liqasında XXX daha bir oyunu keçirilib.

BUTA.TV xəbər verir ki, "Sumqayıt" Şamaxıda eyniadlı komandanın qonağı olub. Qarşılaşmada qapılara qol vurulmayıb.

Bu heç-heçədən sonra xallarını 25-ə çatdıran "gənclik şəhəri" təmsilçisi 8-ci, 22-ci xalını qazanan bölgə klubu isə 9-cu pillədəki mövqeyini qoruyub.

Tura bu gün keçiriləcək "Sabah" - "Qarabağ" oyunu ilə yekun vurulacaq.