Artıq gecə saatlarından Bakı və Abşeron yarımadasında külək zəifləyib.

Bu sözləri BUTA.TV-a açıqlamasında Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova faktiki hava şəraiti barədə danışarkən deyib.

G.Məmmədova bildirib ki, havanın temperaturu bu gün gündüz 13-16° isti olacaq, mülayim cənub küləyi aprel ayının 18-i və 19-u gündüz saatlarında arabir güclənəcək:

“Hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir”.