Türkiyədə sərnişin mikroavtobusu aşdı: yaralılar var
Türkiyənin Şırnak vilayətinin Uludərə rayonunda sərnişin mikroavtobusu qəzaya uğrayıb.
BUTA.TV xəbər verir ki, qəza nəticəsində 8 nəfər yaralanıb.
Məlumata görə, sürücünün idarəetməni itirməsi nəticəsində mikroavtobus aşıb.
Yaralılar xəstəxanaya çatdırılıb.