Sabah bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Sabah ölkənin bəzi magistral yollarında görünüş məsafəsi məhdudlaşacaq.
BUTA.TV xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Qeyd olunub ki, aprelin 18-də ölkə ərazisində gecə və səhər dumanlı hava şəraiti ilə əlaqədar olaraq magistral avtomobil yollarının bəzi yerlərində görünüş məsafəsinin 300-800 m-dək məhdudlaşacağı ehtimalı var.