İran dövlətçiliyi farsçılığın üzərində qurulduğu üçün türk amilinə düşmən münasibət bəsləyir, buna görə də Azərbaycana qarşı düşmənçilik edir.

BUTA.TV xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında ABŞ-ın Çikaqo şəhərində yaşayan güney azərbaycanlı, GunAzTV-nin rəhbəri Əhməd Obalı deyib.

Onun sözlərinə görə, Azərbaycanın nüfuzu artdıqca İranın mövqeyi dəyişməz qalacaq:

"İran düşünür ki, Ermənistanın İkinci Qarabağ müharibəsində məğlubiyyəti onun Cənubi Qafqazdakı mövqeyini zəiflətdi".

Siyasətçi eyni zamanda bildirib ki, İranda azad qadın anlayışı yoxdur və ölkə demokratik meyarlardan çox geri qalıb.