Növbəti aylar Ukrayna üçün çətin olacaq - ABŞ
Növbəti həftələr və aylar Ukrayna üçün kritik olacaq.
BUTA.TV xəbər verir ki, bunu Ağ Evin strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib.
O vurğulayıb ki, Birləşmiş Ştatlar Kiyevi lazım olanlarla təmin etməyə çalışacaq:
"Biz bilirik ki, növbəti həftələr və aylar Ukrayna üçün kritik olacaq. Biz onlara lazım olan imkanları verdiyimizə əmin olmaq istəyirik", - Kirbi bildirib.
O qeyd edib ki, ABŞ-ın Ukraynaya hərbi yardımı davam edəcək.