Xəbər verdiyimiz kimi, Binə qəsəbəsindəki 149 saylı orta məktəbin 15 şagirdi naməlum narahatlıq səbəbiylə xəstəxanaya yerləşdirilmişdi.

TƏBİB-dən BUTA.TV-a verilən məlumata görə, səbəb qida zəhərlənməsi olub.

“TƏBİB-in tabeliyindəki Kliniki Tibbi Mərkəzin Toksikologiya Şöbəsinə təxliyə olunan Bakı şəhəri 149 nömrəli məktəbin şagirdlərinə zəruri tibbi xidmətlər göstərilib və onlar evə buraxılıblar. İlkin ehtimala görə, onlar qəbul etdikləri qidadan zəhərləniblər”, - məlumatda bildirilib.