Ukraynaya silah göndərmirik - Moldova
Moldova Ukraynaya humanitar yük adı altında silah və digər hərbi yardım göndərmir.
BUTA.TV xəbər verir ki, bunu Moldovanın müdafiə naziri Anatoli Nosatı deyib.
"Biz neytral ölkəyik. Bu statusu nəzərə alaraq, biz hərbi texnika, silah tədarükü ilə məşğul deyilik. Biz Ukraynaya yalnız humanitar yardım göndəririk", - Nosatı bildirib.