Kamçatkada güclü zəlzələ baş verdi
Kamçatka yarımadasının şərq sahillərində 5,6 bal gücündə zəlzələ baş verib.
BUTA.TV xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Geofizika Xidməti məlumat yayıb.
Yeraltı təkanlar yerli vaxtla saat 07:15-də qeydə alınıb.
Zəlzələ ocağı isə Petropavlovsk-Kamçatka şəhərindən 243 km uzaqlıda 30 km dərinlikdə yerləşib.
Dağıntı və tələfatla bağlı məlumat yoxdur.