Kennedi də prezidentlik uğrunda yarışacaq
Amerikalı məşhur vəkil, vaksinasiya əleyhdarı kimi tanınan Robert Kennedi 2024-cü ildə keçiriləcək prezident seçkilərinə Demokratlar Partiyasından namizədliyini irəli sürüb.
BUTA.TV xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
69 yaşlı Robert Kennedi ABŞ-ın 35-ci prezidenti Con Kennedinin qardaşı oğludur.
Qeyd edək ki, ABŞ-da prezident seçkiləri 2024-cü ilin noyabrında keçiriləcək.