Şəmkirdə avtomobil sexlərində yanğın olub, 5 maşın yanıb.

BUTA.TV-ın məlumatına görə, Şəmkir şəhər Cahangir Rüstəmov küçəsində yerləşən bir neçə avtomobil sexlərində yanğın qeydə alınıb.

Nəticədə sexlərdə olan 5 avtomobil və avadanlıqlar tamamilə yanıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Şəmkir rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən briqadası və 4 yanğınsöndürən maşınları cəlb olunub.

Yanğın söndürülüb, xəsarət alanın olmadığı bildirilir.

Faktla bağlı araşdırma aparılır.