Bayıl qəsəbəsindən Badamdara qalxan yolda ağacların quruması ilə bağlı daxil olan şikayət Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən araşdırılıb.

BUTA.TV xəbər verir ki, xidmət rəsmisi Bəhruz Məhəmmədov Oxu.Az-a bildirib ki, araşdırma zamanı Səbail rayonu, Badamdar qəsəbəsi ərazisindəki ağacların qurumasına ötən illərdə ərazidə baş verən torpaq sürüşmələrinin səbəb olduğu müəyyən edilib:

“Sözügedən ərazidəki bioloji inkişafdan qalmış ağacların yeniləri ilə əvəz olunması üçün Badamdar Bələdiyyəsinə göstəriş verilib”.