ABŞ Ukrayna hərbçilərinə “Abrams” tanklarının idarə edilməsi ilə bağlı təlimlər keçəcək.

BUTA.TV xəbər verir ki, bu barədə AP məlumat yayıb.

Məlumata görə, mayın sonunda Almaniyadakı Qrafenver poliqonuna 31 tank gətiriləcək. Bir müddət sonra da Ukrayna qoşunları təxminən 10 həftə davam edəcək təlimlərə başlayacaq.