Tayvanın paytaxtı Taybeydə 4 aydır təmirdə olan körpü uçub.

BUTA.TV xəbər verir ki, bu barədə xarici media məlumat yayıb.

Məlumata görə, hadisə nəticəsində 3 nəfər yaralanıb.

Hadisə yerinə yanğınsöndürənlər və ilkin tibbi yardım briqadaları göndərilib. Qəzada xəsarət alan işçilərə xəstəxanada tibbi yardım göstərilib.

Qəza ilə bağlı araşdırmalara başlanılıb.