Bakı şəhərinin Qaradağ rayonunda yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən BUTA.TV-a verilən məlumata görə, rayonda ümumi sahəsi 80 m² olan birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı evlər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.