Gürcüstanda İŞİD terror qruplaşmalarından birinin lideri olan Malxaz Paksaşvili həbs olunub.

BUTA.TV xəbər verir ki, bu barədə Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidməti məlumat yayıb.

Məlumata görə, M.Paksaşvili 2013-cü ildə Gürcüstandan Suriyaya gedib və orada İŞİD terror təşkilatına qoşulub.

Saxlanılan şəxsin İŞİD-in yüksək səviyyəli komandirləri ilə sıx əlaqələri olduğu və qondarma mövqe tutduğu bildirilir.