“Qarabağ”ın futbolçusunun məşqdə ürəyi dayandı
“Qarabağ”ın əvəzedici komandasının məşqdə ürəyi dayanan futbolçusu Şirxan Həsənzadə paytaxtda yerləşən özəl klinikalardan birinə yerləşdirilib.
BUTA.TV Oxu.az-a istinadən xəbər verir ki, 20 yaşlı futbolçunu hələ də ayıltmaq mümkün olmayıb.
Ş.Hüseynzadə məşq zamanı birdən yerə yıxılıb. Bundan sonra o, təcili tibbi yardımın köməyi ilə dərhal xəstəxanaya aparılıb.