Rusiya 20-dən çox alman diplomatı Rusiyadan çıxarır.

BUTA.TV xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

Rusiya XİN bildirib ki, Berlin Rusiya-Almaniya münasibətlərinin bütün silsiləsini məhv etmək siyasəti yürüdür.

Qeyd edək ki, Berlin rus diplomatların kütləvi şəkildə ölkədən çıxarılması barədə qərar qəbul edib.