Rusların olduğu üç bölgə vuruldu
Bu gün Ukraynanın raket qoşunları və artilleriya bölmələri rus hərbçilərinin bir sursat anbarını vurub.
BUTA.TV xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat verib.
Qeyd olunub ki, Rusiyanın canlı qüvvəsinin cəmləşdiyi üç bölgə də vurulub.
"Müdafiə Qüvvələrinin aviasiyası bir gündə işğalçıların şəxsi heyətinin və hərbi texnikasının cəmləşdiyi ərazilərə səkkiz zərbə endirib", - Baş Qərargah bildirib.