Azərbaycanın Laçın-Xankəndi yolunun başlanğıcında qoyduğu sərhəd nəzarət-buraxılış məntəqəsinin yerləşdiyi ərazinin koordinatları yayılıb.

BUTA.TV xəbər verir ki, bu barədə Teleqram kanallarında məlumat verilib.

Məlumata görə, sərhəd nəzarət-buraxılış məntəqəsi Laçın-Xankəndi avtomobil yolunun başlanğıcında, körpüdən çıxışdan dərhal sonra və Rusiya sülhməramlı kontingentinin məntəqəsinə qədər yerləşir.