Moskva rusiyalı jurnalistlərə viza verilməməsini unutmayacaq, bağışlamayacaq.

BUTA.TV xəbər verir ki, bunu Rusiya XİN rəhbəri Sergey Lavrov deyib.

"Ən əsası, əmin olun: biz unutmayacağıq, bağışlamayacağıq", - o bildirib.

Qeyd edək ki, ABŞ tərəfi BMT TŞ-nin iclasında iştirak edəcək Rusiya XİN rəhbəri Sergey Lavrovun heyətində təmsil olunan jurnalistlərə viza verməyib.