Rusiya ordusu pilotsuz uçuş aparatı (PUA) ilə Ukraynanın Nikopol şəhərinə zərbə endirib.

BUTA.TV xəbər verir ki, bu barədə şəhər rəhbəri Aleksandr Sayuk Feysbuk səhifəsində yazıb.

O, hücum nəticəsində 1 nəfəri yaralandığını, 2 nəfərin isə travma aldığını bildirib.

Sayuk həmçinin kommunal binaların, yaşayış evlərinin, qarajın və avtomobillərin zərər gördüyünü əlavə edib.