Məşhur birjanın qurucusu Türkiyədə həbs edildi
"Thodex" kriptovalyuta birjasının təsisçisi Faruk Fateh Özer Türkiyədə həbs edilib.
BUTA.TV xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Özer "təşkilat yaratmaq və idarə etmək", "xüsusi dələduzluq" və "sərvətlərinin ələ keçirilməsi" ittihamları ilə həbs olunub.
Qeyd edək ki, o, bir neçə gün əvvəl Albaniyadan ekstradisiya edilib.