Bakıda yataqxana binasında yanğın baş verdi
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonu, İ.Zülalov küçəsində beşmərtəbəli yataqxana binasında yanğın olması barədə ilkin məlumat daxil olub.
Nazirlikdən BUTA.TV-a bildirilib ki, məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri çağırış üzrə cəlb olunub.
Hazırda yanğınsöndürmə və digər xilasetmə işləri həyata keçirilir.