Ukraynanın hava hücumundan müdafiə qüvvələri aprelin 24-də Rusiyanın doqquz dronunu məhv edib.

BUTA.TV xəbər verir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələrinin Komandanlığı Feysbukda məlumat yayıb.

Qeyd olunub ki, şərq istiqamətində - “Şərq” hava komandanlığının məsuliyyət zonasında İran istehsalı altı “Şahid” PUA-sı vurulub.

“Cənub” hava komandanlığının məsuliyyət zonasında iki “Lanset” və bir əməliyyat-taktiki PUA məhv edilib.