Pakistan şimal-qərbindəki Svat bölgəsində polis idarəsinin binası partladılıb.

BUTA.TV xəbər verir ki, bu barədə Pakistan mətbuatı məlumat yayıb.

Məlumata görə, hücum nəticəsində polis idarəsinin binası tamamilə dağılıb. 8 polis əməkdaşının öldüyü, 57 nəfərin isə yaralandığı bildirilir.

Hadisə yerində axtarış-xilasetmə işləri aparılır.