AB və Yaponiya ABŞ-ın G7 ölkələrinə Rusiyaya bütün ixracı qadağan etmək təklifinə qarşı çıxıb.

BUTA.TV xəbər verir ki, bu barədə “Faynenşl Tayms” qəzeti yaponiyalı rəsmilərə istinadla məlumat yayıb.

Məlumata görə, yaponiyalı rəsmilər belə bir addımın mümkün olmadığını bildiriblər.

Qeyd edək ki, bundan əvvəl ABŞ Rusiyaya ixraca demək olar ki, tam qadağa tətbiq etmək təklifini irəli sürmüşdü.