Vahid Əhmədovun məsələsinə parlamentin intizam komissiyasında baxılmalıdır.

BUTA.TV xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Fəzail Ağamalı deyib.

O qeyd edib ki, həmkarım Vahid Əhmədov dövlətimizin və dövlətçiliyimizin əleyhinə olan çıxışları təəssüf hissi yaradır:

“Görünür, onun daxilində olan bəzi hissələr bu cür danışmağa əsas verib. Onun Milli Məclisin legitimliyinə şübhə almağa ixtiyarı yoxdur”.