Ukrayna ordusu bu istiqamətlərdə irəlilədi
Ukrayna ordusu Kremennoy şəhərindən cənub istiqamətinə doğru elə də böyük olmayan uğur qazanıb və rusların Luqansk vilayətindəki logistika mərkəzlərinə zərbələr endirir.
BUTA.TV xəbər verir ki, bu barədə ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutu məlumat yayıb.
“Aprelin 24-də yayımlanan geolokasiya görüntüləri göstərir ki, Ukrayna qüvvələri Verxnekamenskoyenin şimal-şərqində və Beloqorovkanın cənub-şərqində cüzi irəliləyişlər əldə ediblər”, - məlumatda qeyd olunub.