Mənim rəhbərliyim altında ABŞ tarixində ən təhlükəsiz sərhədə malik idik.

BUTA.TV xəbər verir ki, bunu ABŞ-ın keçmiş prezidenti Donald Tramp deyib.

“Baydenin dövründə cənub sərhədi ləğv edilib və milyonlarla qeyri-qanuni miqrant cəmiyyətimizə daxil olub. Bu insanların əksəri çox təhlükəlidir. Biz zibilxana kimiyik. Şəhərlərimiz evsiz insanlar, narkotik aludəçiləri və zorakı cinayətkarlarla doludur”, - Tramp bildirib.

Tramp vurğulayıb ki, Baydenin prezidentlik müddətinin nəticəsi "yarım əsrin ən güclü inflyasiyası" və "Əfqanıstandakı fəlakət" olub.