Moskvada Türkiyə, Rusiya, İran və Suriya müdafiə nazirləri arasında dördtərəfli görüş keçirilib.

BUTA.TV xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirlər Türkiyə-Suriya münasibətlərinin normallaşmasını müzakirə ediblər.

Tərəflər həmçinin Suriyada terrorla mübarizə barədə danışıblar. İclasda suriyalı köçkünlərin torpaqlarına qayıtması istiqamətində atıla biləcək addımlara dair fikir mübadiləsi aparılıb.