Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Marneuli şəhərində məktəblərdən birində şagirdlər qazdan zəhərləniblər.

BUTA.TV yerli mediaya istinadən xəbər verir ki, şagirdlərdən 3-ü xəstəxanaya yerləşdirilib, digərləri isə məktəbdən təxliyə edilib.

İlkin ehtimala görə, qaz sızması məktəbdə deyil, yaxınlıqdakı binada baş verib.